Dünyanın ən böyük peyk operatoru müflisləşdi

Dünyanın ən böyük peyk operatoru müflisləşdi Dünyanın ən böyük peyk operatoru olan “İntelsat” şirkəti ABŞ məhkəməsinə müflisləşdiyi barədə ərizə təqdim edib.
İKT
1223
14 May , 2020 14:13
Dünyanın ən böyük peyk operatoru müflisləşdi

Dünyanın ən böyük peyk operatoru olan “İntelsat” şirkəti ABŞ məhkəməsinə müflisləşdiyi barədə ərizə təqdim edib.

“Report” xəbər verir ki, şirkətin bu barədəki açıqlamasında qeyd edilir:

“Maliyyə restrukturlaşmasının asanlaşdırılması üçün “İntelsat” və bəzi törəmə şirkətləri Virciniya ştatının Şərq dairəsindəki müflisləşməyə dair məhkəməyə könüllü olaraq ərizələr veriblər”.

Strukturunu dəyişdirməklə “İntelsat” Federal Rabitə Komissiyasından (FCC) ölkədə 5G rabitə sisteminin infrastrukturunu qurmaq üçün C diapazonlu tezliklərdən istifadə etməyə müvafiq icazə almağı hədəfləyir.

Hazırda fəzada “İntelsat”a məxsus 50-dən artıq peyk fəaliyyət göstərir.

Bu ilin fevral ayında keçirilən Münxen Təhlükəsizlik Konfransı zamanı ABŞ Konqresi Nünmayəndələr Palatasının sədri Nansi Pelosi “Huawei” şirkəti tərəfindən tətbiq edilən 5G rabitə texnologiyalarının ucuz olduğuna görə ölkəsinə təhlükə yaratdığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi