​Dünyada informasiya təhlükəsizliyinin təmin olunmasına ayrılan vəsait 4% azalıb

​Dünyada informasiya təhlükəsizliyinin təmin olunmasına ayrılan vəsait 4% azalıb Son 5 ildə İT büdcəsində informasiya təhlükəsizliyinə xərclərin payı 4%-i ötməyib
İKT
27 Yanvar , 2015 12:31
​Dünyada informasiya təhlükəsizliyinin təmin olunmasına ayrılan vəsait 4% azalıb

Bakı. 27 yanvar.REPORT.AZ/ Dünyada informasiya təhlükəsizliyi sahəsində 2013-cü ildə təsdiq edilən insidentlərin sayı 48% artaraq 42,8 mln. təşkil edib. "Report"un "IT-Weekly.ru" saytına istinadən verdiyi xəbərə görə, bu,orta hesabla hər gün 117 339 kiberhücum həyata keçirildiyi deməkdir.

Daha uzunmüddətli dövrün təhlilində isə 2009-cu ildən aşkar edilən İT insidentlərinin ümumi sayının ortaillik artım tempinin (CAGR) hər il 66% olduğu göstərilir. Bu barədə "PwC" şirkəti tərəfindən CIO və CSO jurnalları ilə birlikdə keçirilən "Qlobal informasiya təhlükəsizliyinin sorğusu-2015" (The Global State of Information Security Survey 2015) adlı tədqiqatın nəticələrində deyilib.

Sorğuda 154 ölkənin 9 700 respondenti - şirkət rəhbərləri, maliyyə direktorları, informasiya təhlükəsizliyi üzrə direktorlar, təhlükəsizlik xidməti rəhbərləri, vitse-prezidentlər, İT və informasiya təhlükəsizliyi məsələləri üzrə direktorlar iştirak ediblər.

Ötən il isə dünya miqyasında kibertəhlükəsizlik sahəsi ilə əlaqədar illik təsdiq edilmiş maliyyə itkisi 2,7 mln. dollar olub ki, bu da 2013-cü ildən 34% çoxdur. Bundan başqa, 2013-cü ildə 20 mln.dollar və daha çox məbləğdə maliyyə itkiləri barədə məlumat verən təşkilatların sayı 92% artıb.

Hesabat ilində dünyada informasiya təhlükəsizliyinin təmininə isə 2013-cü illə müqayisədə 4% az vəsait ayrılıb. Son beş ildə İT büdcəsində informasiya təhlükəsizliyinə xərclərin payı 4%-i ötməyib.

Bununla yanaşı, respondentlərin 49%-i bildirib ki, onların təşkilatlarında bütün maraqlı xidmətlərin iştirakı ilə informasiya təhlükəsizliyi məsələlərinin müzakirəsi, sahə üzrə səylərin əlaqələndirilməsi və təşkilat əməkdaşlarının lazımi səviyyədə məlumatlandırılması üçün mütəmadi görüşlər keçirən işçi qrupu yaradılıb.

Son xəbərlər

Orphus sistemi