​Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib

​Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib Kiçik və orta biznes strukturları üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur
İKT
13 Fevral , 2015 21:00
​Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib

Bakı. 13 fevral. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Lesçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hazırda yerinə yetirilən layihələrin icra vəziyyəti müzakirə edilib, DB ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verən Dünya Bankının nümayəndələri “Azərpoçt” MMC, AMB, RYTN və digər maraqlı tərəflər, həmçinin İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə davamlı əməkdaşlıq sahələrinin mümkün istiqamətləri barədə məlumat veriblər.

Qeyd edilib ki, “Azərpoçt” MMC-nin fəaliyyət və maliyyə dayanıqlığına dəstək məqsədilə Dünya Bankı və SECO ilə təklif olunan yeni tərəfdaşlıq 3 komponentdən ibarətdir. Birinci komponent üzrə korporativ restrukturizasiya, müasir əməliyyat və maliyyə xidmətlərinin inkişafı, ikinci komponent üzrə rebrendinq, texnoloji inkişaf və optimallaşdırılma, üçüncü komponent üzrə isə kiçik və orta biznes strukturları üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur.

Sözügedən təkliflərin baxılması üçün RYTN tərəfindən Azərbaycan hökumətinə təqdim edilməsi, təkliflərə münasibət bildirildikdən sonra isə müzakirələrin davam etdirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi