Dövlət Xidməti: "Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir"

Dövlət Xidməti: "Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir" Bu gün kiberhücumların başında fişinq (Phishing) hücumları dayanır və onun ümumi hücumlarda payı 91 %-dir.
İKT
17 İyun , 2022 11:22
Dövlət Xidməti: Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

Bu gün kiberhücumların başında fişinq (Phishing) hücumları dayanır və onun ümumi hücumlarda payı 91 %-dir.

“Report” xəbər verir ki, bunu "Fintex Sammit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

"Elektron poçtlar üzərindən həyata keçirilən və ofis proqramlarının içərisinə yerləşdirilmiş viruslarla yoluxdurma halları artıb. Biz "Sandbox" sistemi vasitəsi ilə bunu aşkar edib qarşısını alırıq", - Dövlət Xidmətinin idarə rəisi deyib.

T.Məmmədovun sözlərinə görə, bir çox hallarda insanlar fişinq hücumlarını ayırd edə bilmir: "Təxminən 97 % hücuma məruz qalan şəxs fişinq hücumunu adi "e-mail"lardan ayıra bilmir. Sadəcə 3 % hallarda əməkdaşlar bunu ayırd edərək müvafiq bölməyə yönəldib. 2022-ci ildə də fişinq hücumu ən aktiv hücum olaraq qalacaq. Bunun qarşısını almaq üçün hər bir qurumun informasiya təhlükəsizliyi təlimatı olmalıdır və İnformasiya Təhlükəsizliyi Koordinasiya Komissiyası olaraq bunun sadə versiyasını hazırlayıb dövlət qurumlarına göndərmişik. Bu tövsiyə əsasında artıq 82 dövlət qurumu özünün informasiya təhlükəsizliyi təlimatını hazırlayıb".

Son xəbərlər

Orphus sistemi