Dövlət Xidməti: "Təkcə III rübdə 46 milyona yaxın zərərli keçid bloklanıb"

Dövlət Xidməti: "Təkcə III rübdə 46 milyona yaxın zərərli keçid bloklanıb" "Təkcə bu ilin III rübündə Azərbaycanda 45,91 milyon zərərli keçid, 732,3 min zərərverici bloklanıb".
İKT
29 Noyabr , 2021 13:15
Dövlət Xidməti: Təkcə III rübdə 46 milyona yaxın zərərli keçid bloklanıb

"Təkcə bu ilin III rübündə Azərbaycanda 45,91 milyon zərərli keçid, 732,3 min zərərverici bloklanıb".

"Report"un məlumatına görə, bunu Bakıda keçirilən kibertəhlükəsizlik konfransında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmməov bildirib.

O, həmçinin deyib ki, təmsil etdiyi qurum indiyə qədər kiberhücum həyata keçirən hakerlərin sistemlərinə müdaxilə etməyi bacarıb, lazımi informasiyaları əldə edib, hakerlərin yeni hədəflərini müəyyənləşdirib.

Bundan başqa, T.Məmmədovun dövlətinə görə, dövlət qurumlarının informasiya sistemləri ildə 2 dəfə yoxlanılır: Bunu Nazirlər Kabinetinin qərarına əsasən həyata keçiririk. Yoxlama nəticəsində aşkarladığımız boşluqlar barədə həmin dövlət qurumuna məlumat veririk, onlara boşlıuqları aradan qaldırmaq yollarını göstəririk".

Son xəbərlər

Orphus sistemi