Dövlət Xidməti "Kağızsız Hökumət" layihəsinə münasibət bildirib

Dövlət Xidməti "Kağızsız Hökumət" layihəsinə münasibət bildirib "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplar və innovasiyalarla məşğul olur. Orada hər hansı bir startap həlli varsa məlumat verə bilərlər, həmin sistemin auditi aparıla bilər və startap kimi inkiş
İKT
12 İyun , 2023 17:26
Dövlət Xidməti Kağızsız Hökumət layihəsinə münasibət bildirib

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplar və innovasiyalarla məşğul olur. Orada hər hansı bir startap həlli varsa məlumat verə bilərlər, həmin sistemin auditi aparıla bilər və startap kimi inkişafına lazımi dəstək verilə bilər".

Bunu "Report" açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Agentliyin "İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə (İESD) oxşar "Kağızsız Hökumət" layihəsi icra etməsinə münasibət bildirərkən deyib.

"Ölkə prezidentinin 27 oktyabr 2018-ci il tarixli fərmanında bir sıra dövlət qurumlarına tapşırıqlar verilib. Burada Prezident Administrasiyasının və Nazirlər Kabinetinin Sənəd Dövriyyəsinin, eləcə də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaratdığı Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsinin özü ilə bağlı tapşırıqlar var. Bütün tapşırıqlarda da qeyd edilir ki, bu sistemlər İESD-yə inteqrasiya olunmalıdır. Hətta bütün bəndlərdə də bu göstərilib. Dolayısı ilə bu inteqrasiya 2012-ci ildən fəaliyyət göstərən İESD-ni özündə ehtiva edir. Bu inteqrasiyada bütün məsələlər bu sistemin operatoru olan Dövlət Xidməti ilə razılaşdırılmalıdır. İkincisi sistemə inteqrasiya olunacaq hər hansı bir həll informasiya auditindən keçirilməlidir. Yəni audit keçirilmədən informasiya təhlükəsizliyi risklərinə sahib istənilən sistemi biz İESD-ə inteqrasiya edə bilmərik. Həmin fərmanda da RİNN-nin üzərinə hər hansı bir öhdəlik qoyulmayıb”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi