Dövlət Xidməti I rübdə 8 milyona yaxın elektron məktubu emal edib

Dövlət Xidməti I rübdə 8 milyona yaxın elektron məktubu emal edib Bu ilin I rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti dövlət qurumlarının elektron poçtlarına göndərilmiş 7 milyon 839 min elektron məktubu emal edib.
İKT
20 Aprel , 2023 17:31
Dövlət Xidməti I rübdə 8 milyona yaxın elektron məktubu emal edib

Bu ilin I rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının elektron poçtlarına göndərilmiş 7 milyon 839 min elektron məktubu emal edib.

"Report" quruma istinadən xəbər verir ki, onlardan 6 milyon 908 mini istifadəçilərə çatdırılıb, 816 mini zərərli tərkibi olduğu üçün blok edilib, 115 mini isə şübhəli məktub kimi karantinə götürülüb.

Xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30 000 əməkdaşı istifadə edir.

Xatırladaq ki, dövlət elektron poçt xidmətini ölkə prezidentinin "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanına əsasən Dövlət Xidməti yaradıb.

Son xəbərlər

Orphus sistemi