Dövlət Xidməti 6 ayda 1,5 milyona yaxın elektron məktubu blok edib

Dövlət Xidməti 6 ayda 1,5 milyona yaxın elektron məktubu blok edib Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçtlara göndərilən 1,416 milyon məktubu blok edib.
İKT
31 İyul , 2023 14:54
Dövlət Xidməti 6 ayda 1,5 milyona yaxın elektron məktubu blok edib

Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumları üçün yaradılmış elektron poçtlara göndərilən 1,416 milyon məktubu blok edib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumata görə, hesabat dövründə ümumilikdə 16,993 milyon elektron məktub emal edilib, onlardan 15,577 milyonu istifadəçilərə çatdırılıb.

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 505 domen adı ilə dövlət qurumlarının 30 min əməkdaşı istifadə edir.

Bu tədbirlər Prezident İlham Əliyevin "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanına əsasən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi