Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşüb.
İKT
5 Dekabr , 2024 10:25
Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanın izinə düşüb.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilərək zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 270 741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7 790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkədə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyini təmin etmək üçün dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.

Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olub.

Mərkəz informasiya təhlükəsizliyİ üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi