​Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi prosesi elektronlaşdırılıb

​Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi prosesi elektronlaşdırılıb DSMF-nin bu xidməti "Elektron hökumət" portalı üzərindən istifadəyə verilib
İKT
24 İyun , 2015 11:00
​Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi prosesi elektronlaşdırılıb

Bakı. 24 iyun. REPORT.AZ/ “Elektron hökumət” portalına yeni elektron xidmət inteqrasiya olunub. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu” elektron xidməti portal üzərindən istifadəyə verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, bu xidmət vasitəsilə dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün DSMF-nin departamentləri, rayon şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon şöbələrinə müraciət edilir.

Fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulan interaktiv növlü e-xidmət ödənişsiz həyata keçirilir.

Sözügedən elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 421-ə, DSMF-nin portaldakı xidmətlərinin sayı isə 13-ə çatıb.

Son xəbərlər

Orphus sistemi