​Dövlət Radiotezlikləri İdarəsi rayon məhkəmələrinə müraciət edib

​Dövlət Radiotezlikləri İdarəsi rayon məhkəmələrinə müraciət edib Bu tədbir radioelektron vasitələri ilə bağlı görülüb
İKT
2 Oktyabr , 2015 13:27
​Dövlət Radiotezlikləri İdarəsi rayon məhkəmələrinə müraciət edib

Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın bölgələrində təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 455 akt tərtib edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsindən (DRİ) "Report"a daxil olan xəbərə görə, bu, radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) və efirə radionəzarət şöbəsinin (ERNŞ) bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən bu ilin 9 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən həyata keçirilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 254 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 121 ədədi möhürlənib, 36 ədədi qeydiyyata salınıb, 7 ədədi silinib və 90 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 24 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Son xəbərlər

Orphus sistemi