Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2016-cı ildə xarici ölkələrin yükdaşıyıcıları üçün “İcazə” blankları, NNAK kitabçaları, “kvota” icazələri, sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcıları) üçün “Fərqlənmə nişanları”, ”Xüsusi fərqlənmə nişanları”nın və s. çap işlərinin satın alınması məqsədi ilə açıq tender eilan edib.
“Report”un məlumatına görə, tenderdə iştirak üçün sənəd qəbulu iyulun 12-dək davam edəcək.
Şərtlərə görə, iddiaçılar iştirak haqqı ödəməklə yanaşı tender təklifinin dəyərinin 3%-i həcmində bank təminatı təqdim etməlidir. Tender təklifi və tender təklifinin təminatı iyulun 22-dək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim edilməlidir.
Təkliflərə iyulun 25-də saat 11:00-da Dövlət Xidmətinin inzibati binasında baxılacaq.