"Dilmanc"ın "iOS" versiyası istifadəyə verilib

"Dilmanc"ın "iOS" versiyası istifadəyə verilib Mobil tərcüməçi proqramının "Android" versiyası 140 min dəfə köçürülüb
İKT
153
26 Yanvar , 2015 14:25
Dilmancın iOS versiyası istifadəyə verilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanda "Dilmanc" layihəsi çərçivəsində hazırlanmış mobil telefonlar üçün tərcümə proqramının "iOS" əməliyyat sistemində işləyən versiyası istifadəyə verilib. Bu barədə "Report"a Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən məlumat verilib.

Bu proqram da digər "Dilmanc" məhsulları kimi ödənişsiz yayılır və istifadəçilər bu versiyanı mobil qurğularına "App Store"da "Dilmanc" axtarmaqla yükləyə bilərlər. Beləliklə, "Dilmanc" mobil tərcüməçidən "Apple" şirkətinin mobil qurğularının istifadəçiləri də yararlana biləcəklər.

Qeyd edək ki, mobil tərcüməçi proqramının "Android" əməliyyat sistemi üçün olan versiyası 140 min dəfədən çox köçürülüb. "Google Analytics"ə görə, bu proqramdan təkcə 2015-ci il yanvarın 1-22-də 40 minə yaxın insan tərəfindən dünyanın 65 ölkəsində 360 min dəfə istifadə edilib. Bu ölkələr arasında ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, İsveç və digər ölkələr var.

Xatırladaq ki, "Dilmanc" layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi