“Digital Diplomatlar” layihəsi: Müxtəlif görüşlərin iştirakçısı olan gənclər "Report"a da infotur ediblər

“Digital Diplomatlar” layihəsi: Müxtəlif görüşlərin iştirakçısı olan gənclər "Report"a da infotur ediblər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Digital Diplomatlar” layihəsi uğurla tamamlanıb.
İKT
24 Oktyabr , 2024 20:10
“Digital Diplomatlar” layihəsi: Müxtəlif görüşlərin iştirakçısı olan gənclər Reporta da infotur ediblər

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Digital Diplomatlar” layihəsi uğurla tamamlanıb.

"Report" xəbər verir ki, layihə müddətində iştirakçılar dezinformasiya ilə mübarizənin əhəmiyyətini daha dərindən anlamaq və müasir dövrdə informasiya təhlükəsizliyinin təminatı yollarını öyrənmək imkanı əldə ediblər.

Layihə çərçivəsində 6 görüş və 2 infotur təşkil olunub. Gənclər analitik düşünmə və tənqidi yanaşma bacarıqlarını inkişaf etdirmək üçün peşəkar ekspertlərlə görüşlərdə iştirak ediblər.

Azərbaycanın ilk Baş naziri Həsən Həsənov ilə “Media sahəsində diplomatik fəaliyyətin təşkili” mövzusunda müzakirələr aparılıb. H.Həsənov medianın diplomatik sahədəki əhəmiyyətindən danışıb.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov isə “Sosial media alətlərindən istifadə etməklə gənclərin xarici siyasətdə rolu” barədə təcrübələrini bölüşüb.

Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Xarici siyasətin kommunikasiyası” mövzusunda digital diplomatlara medianın rolu ilə bağlı biliklər qazandırıb.

"Real TV"nin Şöbə müdiri Vəfa Ağabalayeva da “44 günlük Vətən müharibəsində Azərbaycana qarşı "Fake news” barədə öz təcrübəsini gənclərlə paylaşıb.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “COP29-da qeyri-hökumət təşkilatlarının iştirakçılığı” ilə bağlı digital diplomatlarla geniş müzakirələr aparıb.

Milli Məclisin deputatı Naqif Həmzəyev isə “Rəqəmsal nüfuz və diplomatiya” mövzusunu təqdim edərək rəqəmsal platformalarda Azərbaycanın beynəlxalq nüfuzunu artırma yollarını gənclərlə birlikdə müzakirə edib.

İştirakçılar praktiki biliklərin təqdim olunduğu iki infoturda – "Report" İnformasiya Agentliyi və "Real TV"də media sahəsində iş prosesləri ilə tanış olublar.

"Report" İnformasiya Agentliyində baş tutmuş infotur zamanı iştirakçılar Report Media Məktəbinin direktoru İsmayıl İsmayılov ilə medianın iş prinsipi və xəbərlərin ictimaiyyətə çatdırılma qaydaları, həmçinin informasiya agentliyinin fəaliyyəti ilə bağlı geniş müzakirələr aparıblar və ünvanladıqları suallara cavab alıblar.

Qeyd edək ki, “Digital Diplomatlar” layihəsinin əsas hədəfi iştirakçıları dezinformasiya ilə mübarizədə daha hazırlıqlı mütəxəssislərə çevirməkdir. Layihənin nəticələri isə ölkə həqiqətlərinin beynəlxalq arenada gənclər vasitəsilə daha aktiv təbliğinə yönəlib.

Son xəbərlər

Orphus sistemi