Dələduzlar Azərbaycan nömrələrindən istifadə edib vətəndaşları aldadır

Dələduzlar Azərbaycan nömrələrindən istifadə edib vətəndaşları aldadır Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır
İKT
18 Fevral , 2021 10:57
Dələduzlar Azərbaycan nömrələrindən istifadə edib vətəndaşları aldadır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından suistifadə etməklə hədəflərinə "Whatsapp" vasitəsi ilə yazan və onları aldadaraq bank kartlarından oğurluq edən dələduzlar artıq Azərbaycan nömrələrindən istifadə edirlər.

Bu barədə “Report”a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti -Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.

“Vətəndaşların artıq Azərbaycan nömrələri ilə aldadılması daha öncə haqqında yazdığımız sosial mühəndislik kiberhücumlarının məntiqi davamıdır. yerli nömrələrlə yazışmanı həyata keçirmək hədəfi daha asan inandırmağa hesablanıb.

https://www.facebook.com/cert.gov.az/posts/1702423473269491

Vətəndaşlara bir daha belə dələduzluq hallarına qarşı ehtiyatlı olmağı tövsiyə edir, media nümayəndələrinə isə maarifləndirmənin geniş kütləyə çatdırılması üçün köməklik göstərməsini xahiş edirik”, - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi