Daha iki təhsil müəssisəsi Azərbaycanda İKT sahəsində kadr hazırlığına cəlb oluna bilər

Daha iki təhsil müəssisəsi Azərbaycanda İKT sahəsində kadr hazırlığına cəlb oluna bilər Azərbaycan İKT sahəsində kadrların hazırlanmasında "Harbour Space" Universiteti və "Holberton" Məktəbi ilə əməkdaşlıq etmək niyyətindədir.
İKT
23 İyun , 2023 12:52
Daha iki təhsil müəssisəsi Azərbaycanda İKT sahəsində kadr hazırlığına cəlb oluna bilər

Azərbaycan İKT sahəsində kadrların hazırlanmasında "Harbour Space" Universiteti və "Holberton" Məktəbi ilə əməkdaşlıq etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter hesabında bildirib.

Onun sözlərinə görə, bu məsələ adıçəkilən elm-təhsil müəssisələrinin nümayəndələri ilə keçirdiyi görüşdə müzakirə olunub.

“İKT sahəsində insan kapitalının inkişaf etdirmək prioritetlərimizdəndir. Dünyada təhsilə innovativ yanaşmaları ilə seçilən "Harbour Space" Universiteti və Holberton Məktəbinin nümayəndə heyətləri ilə görüşdük. Ölkəmizdə İKT sahəsində peşəkar kadrların yetişdirilməsi istiqamətində ortaq məqsədləri bölüşdük və tərəfdaşlıq imkanlarını araşdırdıq”, - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi