“Critical Infrastructure Defence Challenge 2023”ün iştirakçıları açıqlanıb

“Critical Infrastructure Defence Challenge 2023”ün iştirakçıları açıqlanıb Oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirində 14 yerli və 27 xarici şirkət, 5 dövlət qurumu və 8 startap iştirak edəcək.
İKT
24 Oktyabr , 2023 12:38
“Critical Infrastructure Defence Challenge 2023”ün iştirakçıları açıqlanıb

Oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirində 14 yerli və 27 xarici şirkət, 5 dövlət qurumu və 8 startap iştirak edəcək.

"Report" xəbər verir ki, bunu tədbirə həsr edilmiş mətbuat konfransında tədbirin əsas təşkilatçısı olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova bildirib.

Onun sözlərinə görə, tədbirdə iştirak üçün 1 700-dən çox qonağın iştirakı təsdiq olunub: “Onların təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülüb”.

Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov isə bildirib ki, “Critical Infrastructure Defence Challenge 2023"ün xüsusi qonaqları olacaq, tədbir çərçivəsində dövlət və özəl qurumları, o cümlədən bankları təmsil edən 20 komanda arasında kibermüharibə yarışı təşkil ediləcək: "Tədbirdə iştirak edən şəxslər burada quraşdırılacaq xüsusi monitorlar vasitəsilə müxtəlif yarışlarda iştirak edərək hədiyyələr qazana biləcəklər”.

Bundan başqa, o, əlavə edib ki, tədbirdə fövqəladə (böhran) vəziyyətdə reaksiya və hesabatlılığa önəm veriləcək: "İT işçiləri hesabatların hazırlanmasında, mövcud vəziyyətin rəhbərliyə çatdırılmasında problemlər yaşayır. Kritik infrastrukturlar barədə məlumatlı və hazırlıqlı olmaq, bu istiqamətdə operativ reaksiya və atılmalı olan addımlarla bağlı təcrübələr bölüşüləcək. Növbəti mərhələlərdə banklara məxsus ödəmə sistemlərinin müdafiəsi ilə bağlı yarışlar olacaq. Gələcəkdə daha spesifik sahələrdə daha tematik yarışlar keçiriləcək".

Son xəbərlər

Orphus sistemi