Con Ciusti: "Azərbaycan texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib"

Con Ciusti: "Azərbaycan texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib" Azərbaycan texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib.
İKT
15 May , 2024 13:41
Con Ciusti: Azərbaycan texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib

Azərbaycan texnologiya, innovasiya və sahibkarlıq sahəsində regional liderə çevrilib.

"Report" xəbər verir ki, bunu GSM Assosiasiyasının tənzimlənmə məsələləri üzrə baş direktoru Con Ciusti Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2024" beynəlxalq konfransında deyib.

O bildirib ki, Avrasiya regionunda rəqəmsal sahədə ilk məqsəd bu istiqamətdə inkişaf etmək olmalıdır: "Hazırda mobil şəbəkələr dünya əhalisinin 95 %-ni əhatə edir və bu, təxminən 5-6 milyard insan deməkdir. Mobil əlaqə iqtisadi artımın əsas stimuluna çevrilib və hər yerdə insanlar üçün transformasiya imkanları yaradıb.

Qarşıdakı onillik ərzində mobil məlumat trafikinin üç dəfə artacağı və operatorların bu tələbatın öhdəsindən gəlmək üçün 32 milyard ABŞ dolları sərmayə qoyacağı gözlənilir. Hesab edirəm ki, bu, regiondakı operatorlar üçün inkişafı sürətləndirmək və investisiya boşluğunu aradan qaldırmaq üçün innovativ yolları müəyyən etməkdə çox vacib bir dönüş nöqtəsidir".

Son xəbərlər

Orphus sistemi