Çində rəqəmsal iqtisadiyyatın miqyası açıqlandı

Çində rəqəmsal iqtisadiyyatın miqyası açıqlandı Çində rəqəmsal iqtisadiyyatın həcmi 35,8 trilyon yuan (5,45 trilyon ABŞ dolları), ÜDM-dəki payı isə 36,2 faizdir.
İKT
274
25 Noyabr , 2020 17:19
Çində rəqəmsal iqtisadiyyatın miqyası açıqlandı

Çində rəqəmsal iqtisadiyyatın həcmi 35,8 trilyon yuan (5,45 trilyon ABŞ dolları), ÜDM-dəki payı isə 36,2 faizdir.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə Çin Kiberməkan Tədqiqatları Akademiyası (CACS) məlumat verib.

2016-cı ildə ÜDM-də 30,6 faizlik payı olan rəqəmsal iqtisadiyyatın hazırkı koronavirus pandemiyasının fəsadlarını yumşaldan, iqtisadiyyatın quruluşunu dəyişdirən, idarəçiliyi təkmilləşdirən mühüm amilə çevrildiyi bildirilir.

Təşkilatın açıqlamasına görə, cari ilin may ayında Çindəki fiber-optik şəbəkə bütün şəhər və kənd yerlərini əhatə etmiş, abunəçilərin sayı da mövcud geniş zolaqlı şəbəkə istifadəçilərinin 93,1 faizidir ki, bu da dünyada ən yüksək göstəricidir.

2019-cu ildə ölkədə 4G rabitə şəbəkəsinin 5,44 milyon baza stansiyası, mobil internet trafiki isə dünya rekordu 122 milyard Gb olub. Cari ilin sentyabr ayında 5G rabitəsinə aid 480 mindən artıq baza stansiyası qurulub.

Həmçinin 2019-cu ildə Çindəki onlayn ticarət transaksiyalarının həcmi 6,7 faiz artaraq 34,81 trilyon yuan təşkil edib.

Son xəbərlər

Orphus sistemi