Çin telekommunikasiya peykini orbitə çıxarıb
İKT
- 20 may, 2025
- 20:02
Çinin “Çançjen 7A” (“Long March 7A”) raket daşıyıcısı “ChinaSat-3B” rabitə peykini orbitə çıxarıb.
“Report” xəbər verir ki, bu barədə “People's Daily” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, ikimərhələli raketin buraxılışı Çinin cənubundakı Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilib.
Nəşrin məlumatına görə, “China Satcom” şirkətinin Ku-diapazonlu geostasionar rabitə peyki təyin olunmuş orbitə uğurla daxil olub. O, oxşar cihazların orbital qrupuna qoşulacaq. Peyk istifadəçilərə telefon xidmətləri, rəqəmsal məlumatların və televiziya və radio stansiyalarından siqnalların ötürülməsi üçün nəzərdə tutulub.
Son xəbərlər
02:17
Şamaxıda qadın qətlə yetirilib, şübhəli şəxs qismində ögey oğlu saxlanılıb
Hadisə02:10
UEFA Konfrans Liqası: 1/8 finala vəsiqə qazanan komandalar məlum olub
Futbol02:02
Macarıstan "Adriya" boru kəmərini "Drujba"ya alternativ kimi nəzərdən keçirir
Digər ölkələr01:21
Qazaxıstanda kafedə partlayış nəticəsində altı nəfər ölüb, onlarla insan xəsarət alıb
Digər ölkələr01:06
İsrail "Hizbullah" xüsusi təyinatlılarının səkkiz hərbi düşərgəsinə zərbələr endirib
Digər ölkələr00:35
Foto
Səfir: Xocalı soyqırımının dünyada tanınması aktual olaraq qalır
Xarici siyasət00:12
Foto
Video
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı
Hadisə00:00
Əraqçi: İran-ABŞ danışıqlarında irəliləyiş əldə edilib
Region23:57