Çin Mərkəzi Bankı rəqəmsal yuanın xüsusiyyətlərini açıqlayıb

Çin Mərkəzi Bankı rəqəmsal yuanın xüsusiyyətlərini açıqlayıb Çin Mərkəzi Bankı milli rəqəmsal valyutanın (e-CNY) ilk “White Paper”ini dərc edib.
İKT
16 İyul , 2021 16:39
Çin Mərkəzi Bankı rəqəmsal yuanın xüsusiyyətlərini açıqlayıb

Çin Mərkəzi Bankı milli rəqəmsal valyutanın (e-CNY) ilk “White Paper”ini dərc edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, sənəddə rəqəmsal yuanın quruluşunun yüksək səviyyəli prinsipləri, onun xüsussiyyətləri izah olunur və 2014-cü ildə bu yana layihə üzrə əldə olunan tərəqqi öz əksini tapıb.

Rəqəmsal yuanın fərqli xüsusiyyətlərində biri proqramlaşdırıla bilməsidir. e-CNY onun valyuta funksiyalarına təsir etməyən smart müqavilələrin əlavə edilməsi yolu ilə proqramlaşdırılır. Proqramlaşdırılan e-CNY verilmiş sərtlərə uyğun olaraq ödənişləri avtomatik etməyə imkan verəcək ki, bu da kommersiya modellərin inkişafına təkan verir.

Tənzimləyici bəyan edir ki, rəqəmsal yuanı yaratmağa dövləti kriptovalyutaların mövcudluğunun ənənəvi maliyyə sistemi üçün yatardığı təhdidlər sövq edib. Kriptovalyutalar daxili xas olan dəyərə malik deyillər, yüksək şəkildə valotildilər, əsasən spekulyativ məqsədlər üçün istifadə olunurlar.

Xatırladaq ki, “White Paper” və ya ağ kitab reklam xarakteri daşımayan marketinq sənədidir. Bir qayda olaraq konkret məhsul və ya xidmət üzrə tədqiqat və ya izahedici təlimatdır.

Son xəbərlər

Orphus sistemi