“Chrome”un Azərbaycandakı bazar payı azalmaqda davam edir

İKT
  • 04 oktyabr, 2024
  • 11:34
“Chrome”un Azərbaycandakı bazar payı azalmaqda davam edir

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,47 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin sentyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 0,72 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə 4,35 faiz bəndi çoxdur. “Chrome”un bazar payı ardıcıl olaraq üçüncü aydır azalır.

İkinci pillədəki “Safari”nin bazar payı avqusta nisbətən 0,47 faiz bəndi, illik müqayisədə isə 3,47 faiz bəndi artaraq 10,51 % olub.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ötən aya nisbətən 0,32 %, bir il əvvələ nisbətən 1,01 faiz bəndi azalaraq 3,93 % təşkil edib.

Dördüncü yerdəki “Opera”nın bazar payı avqusta nisbətən 0,27 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,17 faiz bəndi artaraq 2,88 % təşkil edib.

İlk beşliyi qapadan “Edge”nin bazar payı avqust ayı ilə müqayisədə 0,12 faiz bəndi, 2023-cü ilin sentyabr ayına nisbətən 0,69 faiz bəndi artaraq 1,78 %-ə çatıb.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 79,73 % (0,38 faiz bəndi az və 0,16 faiz bəndi çox)

“Edge” – 6,52 % (0,37 faiz bəndi və 2,71 faiz bəndi çox)

“Opera” – 5,95 % (0,28 faiz bəndi çox və 0,24 faiz bəndi az)

“Safari” – 3,39 % (0,14 faiz bəndi və 0,17 faiz bəndi az)

“Firefox” – 2,25 % (0,1 faiz bəndi az və 0,07 faiz bəndi çox)

Mobil cihazlarda:

“Chrome” – 78,1 % (0,81 faiz bəndi az və 6,06 faiz bəndi çox)

“Safari” – 13,04 % (0,64 faiz bəndi çox və 4,98 faiz bəndi az)

“Samsung Internet” – 5,4 % (0,43 faiz bəndi və 1,58 faiz bəndi az)

“Opera” – 1,79 % (0,26 faiz bəndi və 0,46 faiz bəndi çox)

“Yandex Browser” – 1,2 % (0,34 faiz bəndi və 0,6 faiz bəndi çox)

Planşetlərdə:

“Chrome” – 71,2 % (4,24 faiz bəndi az və 1,96 faiz bəndi çox)

“Safari” – 19,18 % (5,74 faiz bəndi çox və 1,56 faiz bəndi az)

“Android” – 7,29 % (1,15 faiz bəndi az və 1,62 faiz bəndi çox)

“Opera” – 1,01 % (0,10 faiz bəndi çox və 0,56 faiz bəndi az)

“Yandex Browser” – 0,75 % (0,74 faiz bəndi az və 0,94 faiz bəndi çox)

Son xəbərlər

Bütün Xəbər Lenti