BVF-nin rəhbəri: Süni intellekt dünyada iş yerlərinin sayını azalda bilər

BVF-nin rəhbəri: Süni intellekt dünyada iş yerlərinin sayını azalda bilər Süni intellektin gələcək inkişafı dünyada iş yerlərinin azalmasına, eləcə də bərabərsizliyin artmasına səbəb ola bilər.
İKT
15 Yanvar , 2024 08:40
BVF-nin rəhbəri: Süni intellekt dünyada iş yerlərinin sayını azalda bilər

Süni intellektin gələcək inkişafı dünyada iş yerlərinin azalmasına, eləcə də bərabərsizliyin artmasına səbəb ola bilər.

“Report”un məlumatına görə, bu cür qiymətləndirmələri Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva maliyyə institutunun saytındakı bloqunda edib.

"Süni intellekt dünyada iş yerlərinin təxminən 40 %-nə təsir edəcək, bəzilərini əvəz edəcək və digərlərini tamamlayacaq. Onun potensialından istifadə etmək üçün bizim ağıllı siyasət balansına ehtiyacımız var. Biz məhsuldarlığı artıra, qlobal iqtisadi artımı sürətləndirə və gəlirləri artıra biləcək texnoloji inqilabın astanasındayıq. Lakin bu, həm də iş yerlərinin itirilməsinə və bərabərsizliyin artmasına səbəb ola bilər”, - Georgiyeva vurğulayıb.

Onun sözlərinə görə, süni intellekt inkişafının qlobal iqtisadiyyata təsirini “proqnozlaşdırmaq çətindir”, çünki bu, “çox mürəkkəb şəkildə” baş verəcək.

"Nəticələr təəccüblüdür: qlobal məşğulluğun demək olar, 40 %-i süni intellektdən təsirlənir", - fondun rəhbəri əlavə edib. Georgiyeva süni intellektin yüksək ixtisaslı işlərə təsir göstərməsi səbəbindən "inkişaf etmiş iqtisadiyyatı olan ölkələrin inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələrlə müqayisədə böyük risklərlə üzləşdiklərini deyib.

Son xəbərlər

Orphus sistemi