Builki Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən mütəxəssis qatılacaq

Builki Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən mütəxəssis qatılacaq Bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən yüksək ixtisaslı mütəxəssislərin qatılması gözlənir.
İKT
12 Aprel , 2023 10:36
Builki Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən mütəxəssis qatılacaq

Bu il oktyabrın 2-6-da Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə 75-dən çox ölkədən yüksək ixtisaslı mütəxəssislərin qatılması gözlənir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.

Bundan başqa, onun sözlərinə görə, Konqresdə dünyanın iri şirkətlərinin nümayəndələri iştirak edəcək.

“Konqresdə iştirak etmək üçün 95 ölkədən 3 532 elmi məqalə göndərilib. Bununla Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub. Bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həddə - 214-dür. Bu göstərici ilə ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb”, - deyə D.Bədirxanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi