Büdcədənkənar vəsaitlərə dair Əsasnamənin təkmilləşdirilməsi təklif olunur

Büdcədənkənar vəsaitlərə dair Əsasnamənin təkmilləşdirilməsi təklif olunur Azərbaycanda “Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin təkmilləşdirilməsi təklif olunur.
İKT
27 Aprel , 2022 15:40
Büdcədənkənar vəsaitlərə dair Əsasnamənin təkmilləşdirilməsi təklif olunur

Azərbaycanda “Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin təkmilləşdirilməsi təklif olunur.

"Report" xəbər verir ki, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev çıxış edib.

O, həmçinin bildirib ki, elmi müəssisələrin biznes qurumları ilə normal rəqabət aparması, büdcədənkənar əlavə vəsaitlər qazanması üçün yeni normativ-hüquqi baza işlənilməlidir.

"Bir neçə ildir ki, AMEA əməkdaşları beynəlxalq elmi bazalarda əsərlərini dərc etdirmir. Çünki, bunun üçün onlara ükafat verilmir, zəruri xərclər o cümlədən tərcümə və dərc haqları ödənilmir, elmi jurnalların dərci üçün təşkilati-texniki və maliyyə dəstəyi göstərilmir. Bu məsələlərin dövlət büdcəsi çərçivəsində həlli məqsədəuyğun olardı. Həmin bazalarda elmi əsərlər dərc etdirən alimlərin stimullaşdırılması və digər zəruri xərclərin ödənilməsi çox vacibdir", - deyə R.Əliquliyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi