Bu smartfonların sahiblərindən qanunsuz pul çıxılır

Bu smartfonların sahiblərindən qanunsuz pul çıxılır Çinin “Transssion” şirkətinin istehsal etdiyi “Techno” smartfonlarında zərərli proqram təminatı aşkarlanıb.
İKT
640
31 Avqust , 2020 16:22
Bu smartfonların sahiblərindən qanunsuz pul çıxılır

Çinin “Transssion” şirkətinin istehsal etdiyi “Techno” smartfonlarında zərərli proqram təminatı aşkarlanıb.

“Report” “Buzzfeed News”a istinadən xəbər verir ki, sözügedən smartfonların bir çox sahibləri heç istəmədikləri ödənişli abunələrə qoşularaq hesablarından pul çıxıldığını bildirirlər.

Zərərli proqramları tədqiq edən “Secure-D” agentliyinə görə bütün “Techno” smartfonlarına quraşdırılan “xHelper” və “Triada” proqramları vasitəsilə gizli olaraq əlavələr yükləməklə sahiblərin xəbəri olmadan onları müxtəlif ödənişli xidmətlərə abunə yazdırırmış.

Həmçinin “Xiaomi” və ya “Samsung”a nisbətən çox ucuz qiymətləri sayəsində “Transsion”un hazırda smartfon istehsalçıları siyahısında “Apple”, “Samsung”, “Huawei”dən sonra dördüncü yerdə olduğu da göstərilir.

Həmçinin “TCL Communication”un “Alcatel” telefonlarında da quraşdırılmış zərərli proqramlar aşkar edilib.

Orphus sistemi