Bu il Azərbaycanda stolüstü kompüter istehsalı 67 %-dən çox artıb
- 24 aprel, 2023
- 05:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda stolüstü kompüterlərin istehsalı 67,4 % artıb.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu ilin ilk rübündə ölkədə 641 ədəd stolüstü kompüter istehsal edilib.
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2023-сü ilin yanvar-mart aylarında 47,5 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optic məhsulların istehsalı 35,7 %, elektrik avadanlıqlarının istehsalı isə 8,7 % çoxdur.
Eyni zamanda, dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölçmə cihazlarının istehsalı 2,5 dəfə artıb. Bu ilin ilk 3 ayında 84,5 min ədəd ölçmə cihazları istehsal edilib.
Bu ilk ilk rübündə Azərbaycanda 117 ədəd güc transformatorları (19,9 % az), 2 576 ədəd elektrik tənzimləyici cihazları (7,3 % çox) və 317 məişət soyuducuları və dondurucuları (50,2 % az) istehsal edilib.