Bu il Azərbaycanda fişinq səhifələrinə 537 min keçid cəhdi bloklanıb

Bu il Azərbaycanda fişinq səhifələrinə 537 min keçid cəhdi bloklanıb Bildirib ki, bunun da 438 mindən çoxu b2c seqmentində, 99 mini isə korporativ istifadəçilər arasında olub
İKT
1 Sentyabr , 2023 12:56
Bu il Azərbaycanda fişinq səhifələrinə 537 min keçid cəhdi bloklanıb

Bu ilin yanvar-avqust aylarında "Kaspersky" Azərbaycanda fişinq səhifələrinə təxminən 537 min keçid cəhdini bloklayıb.

"Report" xəbər verir ki, bu barədə “Global Research and Analysis Team” (GreAT) şirkətinin departament rəhbəri Dmitri Qalov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber ​​Knowledge Day) həsr olunmuş mətbuat konfransında bildirib.

Bildirib ki, bunun da 438 mindən çoxu B2C seqmentində, 99 mini isə korporativ istifadəçilər arasında olub.

O bildirib ki, yeni fişinq trendlərindən biri “Telegram” istifadəçilərinə hücumlardır: “Hazırda kibertəhdid aktualdır. Çünki “Telegram” hesabına giriş təcavüzkarlara bir çox imkanlar verir. Başqa sözlə desək, məxfi məlumatlara çıxış, bir şəxsi şantaj etmək və ya onun adından saxta mesajlar göndərmək üçün həmin hesabı oğurlayırlar".

Son xəbərlər

Orphus sistemi