"Bakcell": Bu gün nömrələrin satışında qısamüddətli fasilələr yaranıb

"Bakcell": Bu gün nömrələrin satışında qısamüddətli fasilələr yaranıb "Nazirliyin dəstəyi ilə problem qısa müddətdə aradan qaldırılıb"
İKT
2 Fevral , 2017 18:57
Bakcell: Bu gün nömrələrin satışında qısamüddətli fasilələr yaranıb

Bakı. 2 fevral. REPORT.AZ/ "Bu gün nömrələrin satışı zamanı yaranan qısamüddətli fasilələr aradan qaldırıb və satış əvvəlki rejimə qaytarılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakcell" MMC-dən bildirilib.

"Fevralın 2-də Satış və Xidmət Mərkəzlərimizdə nömrələrin satışı zamanı qısamüddətli fasilələr yaranıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin dəstəyi ilə -- və satış prosesi əvvəlki rejimə qaytarılıb", - deyə məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi