BTİ rəsmisi: "Azərbaycan rəqəmsallaşma sahəsində proqressiv addımlar atır"

BTİ rəsmisi: "Azərbaycan rəqəmsallaşma sahəsində proqressiv addımlar atır" Azərbaycan rəqəmsallaşma sahəsində proqressiv addımlar atır, bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.
İKT
16 May , 2023 10:54
BTİ rəsmisi: Azərbaycan rəqəmsallaşma sahəsində proqressiv addımlar atır

Azərbaycan rəqəmsallaşma sahəsində proqressiv addımlar atır, bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.

"Report” xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibinin müavini Tomas Lamanauskas bildirib.

"Xəzər dənizinin dibi ilə yüksəksürətli internet xəttinin çəkilməsi uğurla gedir. Mən özüm də bunun şahidi olmuşam. Rəqəmsallaşma ilə yanaşı kibertəhlükəsizliyə də önəm verməliyik. Ən son statistikaya görə, kiberhücumlar müxtəlif ölkələrə 37 trilyon ABŞ dolları ziyan vurub. Koronavirus (COVID-19) pandemiyası insanların həyat tərzini dəyişdi və onların onlayn resurslara çıxışını artırdı. Pandemiyadan sonra insanların komputerdən istifadəsi 60 % artıb", - deyə o qeyd edib.

BTİ rəsmisi həmçinin təmsil etdiyi qurumun 20 ölkədə rəqəmsallaşmanın artırılması üçün bir sıra layihələr həyata keçirdiyini deyib.

Son xəbərlər

Orphus sistemi