BTİ rəsmisi: "Azərbaycan dövlət xidmətlərinə dair təcrübəsini bölüşə bilər"

BTİ rəsmisi: "Azərbaycan dövlət xidmətlərinə dair təcrübəsini bölüşə bilər" Azərbaycan dövlət xidmətləri ilə bağlı çox böyük təcrübəyə malikdir və bu təcrübəni digər ölkələrlə bölüşə bilər.
İKT
17 May , 2023 11:11
BTİ rəsmisi: Azərbaycan dövlət xidmətlərinə dair təcrübəsini bölüşə bilər

Azərbaycan dövlət xidmətləri ilə bağlı çox böyük təcrübəyə malikdir və bu təcrübəni digər ölkələrlə bölüşə bilər.

"Report” xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında Beynəlxaıq Telekommunikasiya İttifaqının (BTİ) MDB üzrə regional direktoru Nataliya Moçu (Natalia Mochu) bildirib.

"Biz gələn ay rəqəmsal xidmətlərin əlçatanlığı və kənarda qalan xidmətlərlə bağlı böyük tədbir keçirməyi planlaşdırırıq. Bu tədbirdə də geniş müzakirələr təşkil edəcəyik”, - deyə o qeyd edib.

"Bu gün dünyada 50 milyondan artıq insanın internetə çıxışı yoxdur. Təmsil etdiyim qurum müxtəlif ölkələrə internet bağlantısı olmayan ərazilərlə bağlı təkliflər verir. Biz hazırda regionda müəyyən təlimlər həyata keçiririk. Bu təlimlərdə mühəndislər və yerli operatorlarla təcrübə mübadiləsi aparırıq", - deyə BTİ rəsmisi əlavə edib.

Son xəbərlər

Orphus sistemi