Britaniya səfiri: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük potensial var

Britaniya səfiri: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük potensial var Böyük Britaniya və Azərbaycan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük potensial var.
İKT
4 Mart , 2024 12:18
Britaniya səfiri: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük potensial var

Böyük Britaniya və Azərbaycan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq üçün böyük potensial var.

Bunu “Report”a açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old (Fergus Auld) deyib.

“Böyük Britaniyanın dörd aparıcı şirkəti kibertəhlükəsizliklə bağlı bugünkü tədbirdə iştirak etmək üçün Azərbaycana gəlib. Onlar Böyük Britaniyanın bu sahədə aparıcı təcrübəsinin nə olduğunu və Azərbaycanla necə daha səmərəli işləyə biləcəyimizi izah etmək üçün bu bazarda fəaliyyət göstərən həm hökumət, həm də özəl sektordan bəzi potensial tərəfdaşlarla görüşəcək”, - o bildirib.

Səfirin sözlərinə görə, Böyük Britaniya kibermüdafiə baxımından dünyada üçüncü yerdə qərarlaşıb: “Hesab edirik ki, Azərbaycana təklif edəcəyimiz nəsə var”.

Son xəbərlər

Orphus sistemi