Böyük Britaniyada “Apple” şirkətinə qarşı təhqiqat başlandı

Böyük Britaniyada “Apple” şirkətinə qarşı təhqiqat başlandı Səbəb haqsız və rəqabəti boğan şərtlərdir
İKT
4 Mart , 2021 21:30
Böyük Britaniyada “Apple” şirkətinə qarşı təhqiqat başlandı

Böyük Britaniyanın Rəqabət və Bazarlar Komitəsi (CMA) “Apple” şirkəti barəsində antiinhisar təhqiqata başlayıb.

“Report” xəbər verir ki, CMA-nın saytında yerləşdirilən məlumata əsasən, belə bir addımın səbəbi “Apple” tətbiqlərinin haqsız və rəqabəti boğan şərtlərlə satılması barədə gələn şikayətlərdir.

Belə ki, “Apple” şirkətinin tətbiqləri “App Store” vasitəsilə yayılması üçün 30 faiz həcmində komissiya haqqı alınır və həmin satış meydançasından kənarda müştərilərlə əlaqə yaradılmağa imkan verilmir. Həmçinin müştərinin hər hansı tətbiq üçün əlavə opsiya və yenilənmələrin də haqqı yalnız “App Store” üzərindən ödənilməlidir.

Məlumatda bildirilir ki, təhqiqat əsnasında “Apple” şirkətinin Böyük Britaniyada satılan smartfonlarında tətbiqlərin yayılması ilə bağlı istehsalçının üstün mövqeyə yiyələnib-yiyələnmədiyi, “App Store”dən istifadə edən tərtibatçılara haqsız və ya rəqabətcil olmayan şərtlər qəbul etdirib-etdirilmədiyi araşdırılacaq.

Son xəbərlər

Orphus sistemi