Bitkoinin qiyməti 40 min dolları keçib

Bitkoinin qiyməti 40 min dolları keçib Dünyanın aparıcı kriptovalyutası - birkoinin qiyməti 40 min ABŞ dollarını keçib.
İKT
28 İyul , 2021 14:37
Bitkoinin qiyməti 40 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 40 min ABŞ dollarını keçib.

“Report” xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,2%, son 7 gün ərzində isə 27,3% bahalaşıb. Nəticədə onun kapitallaşması 748,3 milyard dollara çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,4% artaraq 2 307 dollar olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “XRP”də olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 1,557 trilyon dollara çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 14:16-ya olan məlumatları aşağıdakı kimidir.

İngilis versiyası Bitcoin surpasses $40,000

Son xəbərlər

Orphus sistemi