Bir sıra qurumların “Hökumət buludu”na qoşulması üçün müzakirələr aparılıb

Bir sıra qurumların “Hökumət buludu”na qoşulması üçün müzakirələr aparılıb “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir
İKT
27 Aprel , 2021 10:59
Bir sıra qurumların “Hökumət buludu”na qoşulması üçün müzakirələr aparılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin “Azcloud Hökumət Həlləri” layihəsi çərçivəsində, Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” üzrə dəyirmi masalar davam edir.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Məlumata görə, bu dəfə “Hökumət buludu”na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Auditorlar Palatası və Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşlər təşkil olunub.

Görüşdə “Hökumət buludu Konsepsiyası”na aid aktlaşdırma, audit, ehtiyat mərkəzində keçidlərin yoxlanması, resurslar və digər məsələlər barədə iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi