Biləsuvar rayonunda telekommunikasiya xidmətlərinin əhatə dairəsi genişləndirilir

Biləsuvar rayonunda telekommunikasiya xidmətlərinin əhatə dairəsi genişləndirilir Rayon mərkəzinin bir çox yerlərində – Puşkin, Heydər Əliyev, Mübariz İbrahimov küçələrində müxtəlif tutumlu zədəli kabellər yenisi ilə əvəz edilərək istifadəyə verilib
İKT
23 İyul , 2020 17:04
Biləsuvar rayonunda telekommunikasiya xidmətlərinin əhatə dairəsi genişləndirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC regionlarda telekommunikasiya xidmətlərinin keyfiyyətinin, dayanıqlığının və əhatə dairəsinin artırılması üzrə layihələrin icrasını davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, hazırda dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşması, internet xidmətlərindən daha çox vətəndaşın istifadə etmək imkanının yaradılması üçün Biləsuvar rayonu ərazisində əhəmiyyətli işlər görülür.

Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində Zəhmətabad kəndində yeni Elektron ATS quraşdırılaraq istifadəyə verilib.

Rayon mərkəzində Qarabağ müharibəsi qaziləri və şəhid ailələri üçün tikilmiş  bir neçə yaşayış binasında yaşayan ailələrin sürətli internet xidməti ilə təmin edilməsi üçün fiber-optik kabel çəkilib.

Son dövrdə Mərkəzi Elektron ATS-də, İsmətli, Günəşli, Nəsimi, Əliabad, Xırmandalı, Bağbanlar kənd Elektron ATS-də internet istifadəçilərinin sayının artırılması və internetə qoşulmaq üçün müraciət edən vətəndaşların internetlə təmin olunması üçün yeni avadanlıqlar quraşdırılıb.

Eyni zamanda rabitə xətlərinin texniki normaya salınması və digər profilaktik tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Rayon mərkəzinin bir çox yerlərində – Puşkin, Heydər Əliyev, Mübariz İbrahimov küçələrində müxtəlif tutumlu zədəli kabellər yenisi ilə əvəz edilərək istifadəyə verilib. Bu da göstərilən xidmətlərin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. Bununla yanaşı, xidməti ərazidə bir sıra yararsız dirəklər yeniləri ilə dəyişdirilib,  7 km-dən  çox abunəçi xətti texniki normaya salınıb.

Son xəbərlər

Orphus sistemi