Beynəlxalq Telekommunikasiya İttifaqının ekspertləri Azərbaycandadır

Beynəlxalq Telekommunikasiya İttifaqının ekspertləri Azərbaycandadır Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, eləcə də mobil rabitə şəbəkələrinin beynəlxalq normalara uyğun tənzimlənməsi məsələləri ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)
İKT
28 İyun , 2022 16:35
Beynəlxalq Telekommunikasiya İttifaqının ekspertləri Azərbaycandadır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəvəti ilə sərhədyanı ərazilərdə televiziya və radio yayımlarının, eləcə də mobil rabitə şəbəkələrinin beynəlxalq normalara uyğun tənzimlənməsi məsələləri ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ekspertləri ölkəmizə səfərə gəlib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, bir həftəlik ekspert missiyasının əsas məqsədi BTİ-nin ekspertlərinin ölkənin efir məkanına müdaxilələrlə tanış edilməsi və sərhədyanı ərazilərdə yayımların beynəlxalq tələblərə uyğun tənzimlənməsi üçün dünya ölkələrində mövcud olan təcrübə nəzərə alınaraq həlli yollarının birgə müəyyənləşdirilməsidir.

Ekspertlər bu gün nazir müavini Rövşən Rüstəmovla görüş keçirib.

Səfər çərçivəsində BTİ ekspertlərinin nazirliklə yanaşı, onun tabeli qurumları olan Dövlət Radiotezliklər İdarəsinin, “Radio-Televiziya Yayımı və Peyk Yayımı” İstehsalat Birliyinin, “Azərkosmos”un, həmçinin mobil rabitə operatorlarının mütəxəssisləri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi