BCG: “Süni intellektin biznes funksiyalarına inteqrasiyası aparıcı şirkətlərin gündəmindədir”

BCG: “Süni intellektin biznes funksiyalarına inteqrasiyası aparıcı şirkətlərin gündəmindədir” Süni intellektin müxtəlif biznes funksiyalarına inteqrasiyası bu gün aparıcı şirkətlərin gündəmindədir.
İKT
12 Yanvar , 2024 16:12
BCG: “Süni intellektin biznes funksiyalarına inteqrasiyası aparıcı şirkətlərin gündəmindədir”

Süni intellektin müxtəlif biznes funksiyalarına inteqrasiyası bu gün aparıcı şirkətlərin gündəmindədir.

"Report" xəbər verir ki, bu barədə “Boston Consulting Group”un (BCG) "BCG AI Radar”: “GenAI” ilə potensialdan mənfəətə" adlı hesabatında deyilir.

“Generativ süni intellekt (GenAI) 2023-cü ildə ictimai şüurda meydana çıxıb və biznesin həyata keçirilməsində dəyişikliklər gözləntilərini artırıb. Bununla belə, potensiala baxmayaraq, liderlər “hayp”ı reallığa çevirməkdə çətinlik çəkirlər”, - hesabatda qeyd edilib.

BCG-nin Bakıdakı icraçı direktoru və tərəfdaşı Anton Aristovun sözlərinə görə, süni intellektin gündəlik işlərdə praktiki şəkildə tətbiqi bu gün aparıcı şirkətlərin gündəmindədir: “Buraya işçilərin yenidən ixtisasının artırılması və xüsusi sahə ehtiyacları üçün süni intellekt vasitələrinin hazırlanması daxildir”.

Hesabata görə, rəhbərlərin 66 %-i düşünürlər ki, şirkətlərinin süni intellekt və “GenAI” sahəsində irəliləyişinin zəif olmasının üç əsas səbəbi var: “Bunlar istedad və bacarıqların olmaması (62 %), süni intellekt, “GenAI” yol xəritəsi və investisiya prioritetləri ətrafında qeyri-müəyyənlik (47 %), süni intellekt və “GenAI”dan məsuliyyətli istifadə strategiyasının olmamasıdır (42 %)”.

“Süni intellekt biznesi kökündən dəyişdirir. Aparıcı şirkətlər “GenAI” sayəsində istehsalın artması yolu ilə 1 milyard ABŞ dolları məbləğində gəlir əldə etməyi gözləyir. Artıq yeni biznes modellərinə və inkişafa yenidən sərmayə qoymaq variantlarını nəzərdən keçirir. Bu, süni intellektin ilk dalğasını əldən vermiş şirkətlər üçün ikinci şansdır”, - BCG qlobal lideri və tədqiqatın həmmüəllifi Silven Dyuranto qeyd edib.

Son xəbərlər

Orphus sistemi