BBF-in layihəsinə Almaniyada rezidentlik verilib

BBF-in layihəsinə Almaniyada rezidentlik verilib Bakı. 19 iyul. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) rezidentlərindən olan “Ticketsetup” (Elektron Bilet Sistemi) layihəsi Almaniya startap (start-up) bazarına daxil olur. Artıq layihə müəlliflərinin müraciətinə müsbət cavab verilib.
İKT
19 İyul , 2018 16:22
BBF-in layihəsinə Almaniyada rezidentlik verilib
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ “Baku Business Factory”nin (BBF) rezidentlərindən olan “Ticketsetup” (Elektron Bilet Sistemi) layihəsi Almaniya startap (start-up) bazarına daxil olur. Artıq layihə müəlliflərinin müraciətinə müsbət cavab verilib.

“Ticketsetup” layihəsinin müəllifi və baş icraçı direktoru (Founder and CEO) Pərvin Əmirov “Report”a bildirib ki, Almaniyanın Köln (Cologne) şəhərində yerləşən RTZ adlı startap və “coworking” mərkəzi onları 3 ay (Sentyabr 2018 - Dekabr, 2018) müddətinə həmin şəhərə dəvət edib.

Mərkəzin rəhbəri Heinç Betmənin (Heinz Bettmann) imzası ilə daxil olan məktubda bildirilir ki, “Ticketsetup” layihəsi üçün təmənnasız olaraq 3 aylıq ofis ayrılmasına hazırdırlar. Hansı ki, bu xidməti Azərbaycanda BBF təmin edir. Bundan əlavə, RTZ rəsmisi bildirib ki, “Ticketsetup” haqqında “RheinZeiger” startap jurnalında tanıtım xarakterli PR dərc olunacaq.

P.Əmirov qeyd edir ki, RTZ onlara digər unikal imkanı da yaradıb:

“Bizə təklif etdilər ki, sentyabrın ortalarına qədər Almaniyaya gəlin və sentyabrın 18-19-da “Lanxess” arenada keçiriləcək “StartupCon” startap konfransında iştirak edin. Hansı ki, bu konfransda 500-dən artıq startap iştirak etmək üçün qeydiyyatdan keçib. Bu konfransın özəlliyi ondan ibarətdir ki, ona investorların marağı böyükdür və onlar sərmayə yatırmaq üçün startap seçimi edirlər. Builki “StartupCon”da 10 mindən çox ziyarətçinin olması gözlənilir. Layihəmizin konfransda təmsil edilməsi üçün bütün xərclər RTZ tərəfindən qarşılanacaq”.

Qeyd edək ki, BBF-in rezidentlərindən olan “Ticketsetup” layihəsi “bilet təhvili həll” (Turnkey Ticketing Solution) təklif edir. Bu isə biletlərin həm kassadan həmçinin onlayn olaraq əldə edilməsi deməkdir. Məlumat üçün bildirək ki, bu günə qədər “Ticketsetup” sistemi vasitəsilə, ümumilikdə, 1,5 mln.dan çox bilet satışı həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi