“Baykar texnoloji Azərbaycan” şirkətində 20 azərbaycanlı mühəndis çalışır

“Baykar texnoloji Azərbaycan” şirkətində 20 azərbaycanlı mühəndis çalışır “20 azərbaycanlı mühəndis “Baykar texnoloji Azərbaycan” şirkətində fəaliyyətə başlayıb”.
İKT
2 Oktyabr , 2023 17:20
“Baykar texnoloji Azərbaycan” şirkətində 20 azərbaycanlı mühəndis çalışır

“20 azərbaycanlı mühəndis “Baykar texnoloji Azərbaycan” şirkətində fəaliyyətə başlayıb”.

“Report”un xəbərinə görə, bunu "Baykar" şirkətinin Texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selcuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) istehsalı və tədrisi məqsədi ilə "Baykar texnoloji Azərbaycan"ı qurmuşduq: “Mühəndis komandamız azərbaycanlı gənc qardaşlarımızla birlikdə işləməyə başlamışdı. Onlar daha çox süni intellekt və faydası daha yüksək olacaq sahələr üzərində işləməyə başlayıb. Hazırda 20 azərbaycanlı mühəndis sözügedən sahədə fəaliyyətini davan etdirir”.

“Bunlarla yanaşı, digər sahələrdə də çalışacaq komandalarımız yetişib. Sözügedən rəqəmlər sizə kiçik gələ bilər, lakin dünyanın ən böyük işlərini kiçik, amma doğru təməllər üzərinə qurulmuş komandalar həyata keçirib. Hansı ki, “Baykar” da əvvəllər kiçik bir komanda ilə fəaliyyətə başlamışdı”, - S.Bayraktar vurğulayıb.

Son xəbərlər

Orphus sistemi