Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentliklərinin 2026-cı il üçün planlaşdırılan beşinci görüşü Qazaxıstanda keçirilə bilər.
“Report” xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Omuraliyev Bakıda TDT ölkələrinin kosmik agentliklərinin 4-cü görüşündə bildirib.
"Nizamnamə sənədlərinə və mövcud təcrübəyə əsasən TDT çərçivəsində müxtəlif istiqamətlər üzrə görüşlər hər il əlifba sırası ilə keçirilir. Lakin əvvəlki görüşdə Azərbaycan tərəfi tədbirə özünün ev sahibliyi etməsini təklif edib və Qazaxıstan tərəfi öz növbəsini güzəştə gedib. Əməkdaşlığa və göstərdiyi anlayışa görə Qazaxıstana təşəkkürümü bildirmək istəyirəm. Əlifba sırasını nəzərə alaraq, katiblik beşinci görüşün 2026-cı ildə Qazaxıstanda keçirilməsini təklif edir. Qazaxıstan tərəfi bu təklifə müsbət yanaşarsa, minnətdar olarıq", - o qeyd edib.