Baş katib: "TDT Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyib"

Baş katib: "TDT Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyib" Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması təşəbbüsünü dəstəkləyir.
İKT
23 aprel 2025 11:06
Baş katib: TDT Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyib

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması təşəbbüsünü dəstəkləyir.

“Report” xəbər verir ki, bunu TDT-nin baş katibi Kubanıçbek Omuraliyev Bakıda keçirilən TDT-nin üzvü olan ölkələrin kosmik agentliklərinin 4-cü görüşündə bildirib.

"Biz əminik ki, insan kapitalının inkişafı və təhsil kosmik əməkdaşlığın əsas elementləridir. Bu kontekstdə biz Azərbaycanın Virtual Kosmik Akademiyanın yaradılması təklifini, eləcə də coğrafi informasiya sistemləri üzrə təlim proqramlarını alqışlayırıq", - K.Omuraliyev qeyd edib.

Onun sözlərinə görə, bu təşəbbüslər gənclər və mütəxəssislərin bilik və bacarıqlarının genişləndirilməsi üçün şərait yaradacaq, kosmik elm sahəsinə marağın yaradılması və peşəkar hazırlığın formalaşmasına töhfə verəcək.

”Azərbaycan tərəfinin bu gün bu təkliflər barədə daha ətraflı məlumat təqdim edəcəyini gözləyirik", - təşkilatın baş katibi əlavə edib.

Son xəbərlər

Orphus sistemi