“Baktelecom” 1 Gbit/s internet sürət testlərini başa çatdırıb

“Baktelecom” 1 Gbit/s internet sürət testlərini başa çatdırıb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") 1 Gbit/s internet sürət testlərini başa çatdırıb.
İKT
6 İyun , 2023 10:15
“Baktelecom” 1 Gbit/s internet sürət testlərini başa çatdırıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") 1 Gbit/s internet sürət testlərini başa çatdırıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Testlər nəticəsində "Baktelecom" Azərbaycanda ilk dəfə olaraq 1 Gbit/s sürət həddini əldə etməyə nail olub.

Bildirilir ki, “Baktelecom” GPON texnologiyası əsasında 1 Gbit/s sürətli internetin təmin edilməsi istiqamətində “Nokia” ilə birgə apardığı işləri yekunlaşdırmaq üzrədir. "Hazırda texniki infrastruktur yaradılıb və layihənin tətbiqi üçün müxtəlif model mobil cihaz və noutbuklarda müvafiq testlər aparılıb. Müxtəlif tezliklər və kanal genişliyində edilən testlər uğurla nəticələnib", - məlumatda deyilir.

Növbəti mərhələdə yeni sürət üzərindən tariflərin formalaşdırılması və bazara təqdim edilməsi planlaşdırılır. Bu, “Baktelecom” müştərilərinə hazırda bazarda mövcud olan ən sürətli internetdən 10 dəfəyə qədər artıq sürət əldə etmək imkanı verəcək. Bundan əlavə, istifadəçilər cihazların istismarı zamanı sərf edilən enerjiyə 40 %-ə qədər qənaət edə biləcəklər.

Passiv Optik Şəbəkənin (PON) yeni standartı olan XGS-PON-un (10 giqabitlik simmetrik passiv optik şəbəkə) tətbiqi ilə istehlakçı genişzolaqlı şəbəkə üzərindən 4K təsvir ölçüsündə video, şəbəkə oyunları, VR (virtual reallıq) və digər irihəcmli məlumatların sürətli transferini tələb edən xidmətlərdən faydalana biləcək.

Qeyd edilir ki, 1 Gbit/s sürətində internetin istifadəsi yalnız bu sürəti dəstəkləyən mobil və ya kompüter cihazlarında və “Baktelecom” tərəfindən təqdim edilən xüsusi modem üzərindən mümkündür.

Böyük sahələrə gəldikdə isə əlavə sürət paylayıcılarından istifadə edilərək 1 Gbit/s sürətinin effektiv və kəsintisiz təmin edilməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi