Bakıdakı ATS-lərdə ixtisarlar başlayıb

Bakıdakı ATS-lərdə ixtisarlar başlayıb Yüzlərlə insan iş yerini itirəcək
İKT
26 yanvar 2018 11:00
Bakıdakı ATS-lərdə ixtisarlar başlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında “Bakı Telefon Rabitəsi” MMC-nin tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir.

"Report"un əldə etdiyi məlumata görə, işçilərin, təxminən, yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır. 

Onlara hər telefon qovşağından 100 nəfərin işdə saxlanılacağı bildirilir.

NRYTN, hələ ki, fakta münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi