Bakıda “V4-Azerbaijan Tech Bridge” proqramının finalı baş tutub

Bakıda “V4-Azerbaijan Tech Bridge” proqramının finalı baş tutub Bakıda Çexiya, Macarıstan, Polşa, Slovakiya və Azərbaycandan olan çoxsaylı innovasiya ekosistemlərinin liderlərinin iştirak etdiyi “V4 (Vişeqrad Qrupu ölkələri) -Azerbaijan Tech Bridge (V4ATB)” startap proqramının finalı baş tutub.
İKT
2 İyun , 2023 17:33
Bakıda “V4-Azerbaijan Tech Bridge” proqramının finalı baş tutub

Bakıda Çexiya, Macarıstan, Polşa, Slovakiya və Azərbaycandan olan çoxsaylı innovasiya ekosistemlərinin liderlərinin iştirak etdiyi “V4 (Vişeqrad Qrupu ölkələri) -Azerbaijan Tech Bridge (V4ATB)” startap proqramının finalı baş tutub.

“Report” xəbər verir ki, Polşanın təşəbbüsü ilə 2022-ci ilin əvvəlindən Azərbaycanda V4ATB proqramı həyata keçirilir. Layihə Beynəlxalq Vişeqrad Fondu tərəfindən maliyyələşdirilir və V4 ölkələrinin səfirlikləri tərəfindən dəstək verilir.

V4ATB proqramı Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstəklənir. Açılış mərasimində Macarıstan səfiri Tamaş Torma, Polşa səfiri Rafal Poborski, Slovakiya səfiri Milan Layçak və Çexiya səfirinin müavini Martin Lyuboyaçki iştirak ediblər.

“Startaplara investisiyaların sayına görə Avropa liderlərindən biri olan Polşa, əməkdaşlığın dinamikləşdirilməsinə yönəlmiş oxşar layihələrin həyata keçirilməsini davam etdirməkdə maraqlıdır”, - Polşanın Azərbaycandakı səfiri bildirib.

Slovakiya səfiri isə polşalı həmkarların təşəbbüsü ilə həyata keçirilən “Tech Bridge” layihəsinin Slovakiyanın V4-də sədrliyi dövründə uğurla həyata keçirildiyini bildirib: “Bu, gənc istedadların potensialından istifadə etmək və V4 ilə Azərbaycan tərəfdaşları arasında yeni əməkdaşlıq imkanlarının açılmasında faydalıdır”.

Çexiya səfirinin müavini əlavə edib ki, innovasiyalar və gənc sahibkarlar, həm də ekspertlər arasında daha sıx əlaqələr V4-ün ənənəvi prioritetidir: “Gənclərin innovativ texnologiyalar sahəsində əməkdaşlığa marağı bizə əməkdaşlığın forma və istiqamətini göstərir, gələcək illər üçün əməkdaşlığı biz birlikdə dəstəkləməyə davam edəcəyik”.

Macarıstan səfiri vurğulayıb ki, V4ATB xüsusi tələbata əsaslanan, yeni əməkdaşlıq mədəniyyəti, innovativ ruh və yeni atmosfer təqdim edən yeni yaradılmış təşəbbüsdür.

Proqramın beynəlxalq münsiflər heyəti tərəfindən təqdim edilmiş 160-dan çox müraciət arasından seçilən 10 yüksək səviyyəli Azərbaycan startapı Bakıya gəlmiş Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan investorlar, VC fondları, akseleratorlar, biznes mələklər, bankirlər, mentorlar və ekspertlərdən ibarət auditoriyaya təqdim olunub.

Qalib startap “Mur Mur” Polşanın Bakıdakı səfirliyi tərəfindən maliyyələşdirilən xüsusi mükafat - 2023-cü ilin noyabrında Varşavada keçiriləcək nüfuzlu “Deep Tech CEE Challenge” tədbirinə səyahət əldə edib.

Son xəbərlər

Orphus sistemi