Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakıda pulsuz "wi-fi" şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb Mart ayından etibarən Bakıda pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq
İKT
245
29 Noyabr , 2016 13:50
Bakıda pulsuz wi-fi şəbəkəsinin istifadəyə verilmə tarixi açıqlanıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakı şəhərində pulsuz "wi-fi" şəbəkəsinin geniş istifadəyə verilmə tarixi bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, 2017-ci ilin mart ayından etibarən Bakıda müəyyən edilmiş ərazilərdə pulsuz simsiz internet şəbəkəsindən istifadə etmək mümkün olacaq.

"Public free wi-fi" layihəsini reallaşdıracaq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) "Report"a bildirib ki, pulsuz internet şəbəkəsi əsasən üç istiqamətdə yayılacaq: "İlkin olaraq Bayraq meydanı daxil olmaqla Dənizkənarı Milli Park, Fəvvarələr meydanı və "İçərişəhər" dövlət qoruğunda ictimai pulsuz "wi-fi" şəbəkəsi tətbiq olunacaq".

Qeyd edək ki, hazırda qeyd edilən ərazilərdə kabelləşmə işləri aparılır. Yaxın vaxtlarda sınaq işlərinin keçirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi