Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda ilk dəfə Rusiyanın "Skolkovo" fondunun "Open Innovations Startup Tour-2017" adlı innovasiya layihələrinə həsr edilmiş tədbir keçiriləcək. Fonddan "Report"a daxil olan məlumata görə, tədbir aprelin 16-17-də təşkil olunacaq.
Fond qeyd edir ki, bu tədbir üçün Azərbaycan təsadüfi seçilməyib: "Yaxın illərdə ölkənin sosial-iqtisadi inkişafının əsas məqsədi innovasiya relslərinə keçiddir. Azərbaycan bunun öhdəsindən uğurla gəlir. Belə ki, 2016-cı ilin nəticələrinə görə, Azərbaycan MDB ölkələri arasında rəqabətqabiliyyətlilik reytinqində lider mövqeləri paylaşır. Məhz buna görə, Bakı Rusiyanın regionları və MDB-də texnoloji sahibkarlığın inkişafına yönəlmiş "Open Innovations Startup Tour-2017" regional roud-şou proqramına daxil olub".
Layihə startap-komandaların seçimlərinin ilk dövründə ilk tədbir olacaq. Növbəti mərhələdə - iştirakçıların investorlara kommersiya üçün hazır məhsul təqdim edə biləcəkləri "Startup Village" konfransı və " Açıq innovasiyalar" forumu keçiriləcək.
Müsabiqə proqramı üç - biotibb, sənaye və informasiya sahəsi üzrə layihələr təqdim edilə bilər.
Qeyd edək ki, "Skolkovo" fondu artıq beşinci dəfədir Rusiya və MDB-də ən yaxşı startapların seçilməsinə dair illik və ən irimiqyaslı tədbir keçirir.