Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına kriptovalyutalarla bağlı təlim keçirilib

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına kriptovalyutalarla bağlı təlim keçirilib Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" Bakıda kriptovalyutlara həsr olunmuş təlim keçirib.
İKT
4 İyul , 2023 19:33
Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarına kriptovalyutalarla bağlı təlim keçirilib

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance" Bakıda kriptovalyutlara həsr olunmuş təlim keçirib.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti üçün təşkil olunmuş təlimdə kriptovalyutanın əsasları, araşdırma texnikaları, cinayətkarlığın qarşısının alınmasında kriptovalyuta mübadiləsinin rolu kimi mövzular müzakirə olunub.

Təlimin məqsədi qurumu kriptovalyutalarla bağlı Şübhəli Fəaliyyət Hesabatlarının araşdırılması üçün lazım olan bilik və bacarıqlarla təchiz etmək, blokçeyn analitikası sahəsində məlumatlandırmaq olub.

Son xəbərlər

Orphus sistemi