Bakıda MDB ölkələrində kibertəhlükəsizlik üzrə regional təlimlər başlayıb

Bakıda MDB ölkələrində kibertəhlükəsizlik üzrə regional təlimlər başlayıb Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) dəstəyi və təşkilatçılığı ilə MDB ölkələrində kibertəhlükəsizlik üzrə regional təlimlər başlayıb.
İKT
5 Sentyabr , 2018 09:37
Bakıda MDB ölkələrində kibertəhlükəsizlik üzrə regional təlimlər başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) dəstəyi və təşkilatçılığı ilə MDB ölkələrində kibertəhlükəsizlik üzrə regional təlimlər başlayıb. 

"Report" xəbər verir ki, təlimlərin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edib. 

O, kibertəhlükəsizlik məsələsinin qlobal səviyyədə böyük əhəmiyyət kəsb etdiyini deyərək Azərbaycanda belə təlimlərin keçirilməsini beynəlxalq əməkdaşlıq baxımından yüksək qiymətləndirib. 

"Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə Azərbaycanda "Kibertəhlükəsizlik üzrə Milli Strategiya" hazırlanır, həmçinin bu sahədə Kordinasiya Komissiyası yaradılır. Bu il Azərbaycanda informasoya təhlükəsizliyi ixtisası üzrə qəbul planı da, təxminən, 7 dəfə artırılaraq 140 nəfərə çatdırılıb", - nazir müavini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi