Bakıda keçiriləcək “Rocket League” və “Tekken” yarışlarında 25 ölkə iştirak edəcək

Bakıda keçiriləcək “Rocket League” və “Tekken” yarışlarında 25 ölkə iştirak edəcək Mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq “Rocket League” və “Tekken” yarışlarında Azərbaycan da daxil olmaqla 25 ölkədən kibet atletlər iştirak edəcək.
İKT
6 Aprel , 2022 17:31
Bakıda keçiriləcək “Rocket League” və “Tekken” yarışlarında 25 ölkə iştirak edəcək

Mayın 26-29-da Bakıda keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində təşkil olunacaq “Rocket League” və “Tekken” yarışlarında Azərbaycan da daxil olmaqla 25 ölkədən kibet atletlər iştirak edəcək.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Yarışları Avropa Kiber İdman Federasiyası da daxil olmaqla Milli Federasiyalardan ümumilikdə 27 nümayəndə izləyəcək.

“Rocket League” üzrə Azərbaycan, Gürcüstan, İsrail, Macarıstan, Lüksemburq, Monako, Monteneqro, Niderland, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 48 iştirakçı 16 komandada təmsil olunmaqla mübarizə aparacaq, “Tekken” üzrə isə Azərbaycan, Bosniya və Herseqovina, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Macarıstan, Litva, Lüksemburq, Makedoniya, Malta, Monako, Monteneqro, Niderland, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, İspaniya, İsveç, Türkiyə və Uelsdən ümumilikdə 25 kiber atlet mübarizəyə qoşulacaq.

Son xəbərlər

Orphus sistemi